Surət Hüseynov: itirilmiş qəhrəmanlıq və...

  • 06 iyun 2018, 08:39

Əməlləri və taleləri bir-birinə çox bənzəyənlərin sonrakı taleləri

1993-cü ilin 4 iyununda Əbülfəz Elçibəy hakimiyyətinə qarşı hərbi qiyam qaldırmış Surət Hüseynov və ona bu işdə dəstək verən  şəxslər hakimiyyəti devirməyə nail olsalar da, az müddət sonra əksəriyyəti həyatları, azadlıqları bahasına cəzalarını aldılar.

Qiyama rəhbərlik edən Surət Hüseynov çevrilişdən sonra qısa müddətə baş nazir oldu. Cəmi 15 gün bu vəzifədə qaldı. Heydər Əliyev tərəfindən vəzifəsindən uzaqlaşdırıldı və həbs edildi. 10 illik həbs həyatı yaşamağa məhkum oldu. Özü və yaxınları mənəvi işgəncələrə məruz qaldı. Əmlakı talan edildi.

2004-cü ildə həbsdən azad edildikdən sonrakı fəaliyyətinə nəzər yetirsək, 1993-cü ildəki Surət Hüseynovdan əsər-əlamət qalmayıb. Siyasətdən və hərbidən uzaqda dayanıb sakit şəkildə bizneslə məşğuldur. Bir zamanlar ona milli qəhrəman adını vermiş Əbülfəz Elçibəy hakimiyyətinə meydan oxuyan bu şəxs indi siyasət sözünü belə dilə gətirməkdən çəkinir.

Son illərdə cəmi bir dəfə media orqanlarından birinə müsahibə verib ki, həmin müsahibədə yalnız keçmişdən danışıb. Bu gün siyasətə baş qoşmadığını deyib, enerji və maliyyə biznesi ilə məşğul olduğunu bildirib. Surət Hüseynovun Azərbaycandan daha çox Türkiyədə yaşadığı haqda məlumatlar var. Azərbaycan cəmiyyətində daha çox mənfi obrazı ilə xatırlanır və tənqid edilir.

Rəhim Qazıyev 1994-cü ildə həbs edilərək ölüm cəzasına məhkum edildi. Sonradan ölüm cəzası ömürlük cəza ilə əvəz olundu. 10 il həbsdə saxlandıqdan sonra azad edildi. Yəqin ki, ölümünü gözlədiyi günlərdə həyatının ən böyük səhvinin nə olduğunu dəqiqləşdirməyə vaxtı çox olub. Ötən il qısa müddətə həbs edildi. Hazırda ara-sıra mətbuata müsahibələr verir. İbadətlə məşğul olduğunu bildirir.

Müzamil Abdullayev qiyamdan sonra nazir vəzifəsini tutmağın sevincini az yaşadı. Bir neçə illik həbsdən sonra azad edildi. Onu ictimaiyyət həbsxanadan xərəkdə çıxması ilə xatırlayır. Hazırda harada olduğu, nə işlə məşğul olduğu bəlli deyil.

Æli ÃmÉrov ile ilgili görsel sonucu

Əli Ömərov - 4 iyun qiyamı ona iki illik baş prokuror olmaq sevincini bəxş etsə də, bu sevinci 1995-ci ilə qədər sürdü. Kabinetində döyülüb təhqir edildi. Sonra işdən çıxarıldı. Hazırda Bakıda yaşasa da, bir zamankı aktivliyindən əsər-əlamət qalmayıb. İşsizdir.

AMİP-çi deputat Şadman Hüseynov da qiyamın ən parlaq siyasi dəstəkçilərindən biri idi. Lakin bu hərəkətinə görə bir günlüyə də olsun vəzifəyə təyin olunmadı, kənarda qoyuldu. Sonradan ona deputatlığı da çox gördülər. Hətta bir neçə dəfə 1998-ci ildə etiraz aksiyalarında polislər tərəfindən döyüldü, başından xəsarət aldı.

 

Nemət Pənahlı qiyamdan sonra qısa müddətə Prezident Aparatında yüksək vəzifəyə gətirilsə də vəzifə ömrü az oldu. Onu da çıxdaş etdilər. 2011-ci ildə həbs edildi və həyatının 5 ilini dəmir barmaqlılar arasında keçirməli oldu. Hazırda aktiv siyasi fəaliyyətlə məşğul olduğu hiss edilmir. Bir ara su satmaqla məşğul olduğu deyilirdi. Sonradan ona bu kiçik biznesini də davam etdirməyə imkan verilmədiyi bəlli oldu. İşləmir.

Tahir Æliyev ile ilgili görsel sonucu

Tahir Əliyev də qiyamın parlamentdə siyasi dəstəkçilərindən biri idi. Qiyamdan sonra təxminən bir il Gömrük Komitəsinə rəhbərliyinə şərait yaradılsa da, bu vəzifəni ona çox gördülər. Vəzifədən çıxarıldı, həbs edildi. Bir müddət sonra azad edildikdən sonra elə o vaxtdan siyasətə sanki tövbə deyib. Bakıda yaşayır. 

Bu siyahını Surət Hüseynovun yaxın silahdaşları olmuş komandirlərin (onların bir çoxu sonradan güllələndi, bəziləri həbsdə dünyasını dəyişdi) və qiyama siyasi dəstək verən digər şəxslərin hesabına uzatmaq olar. Lakin ehtiyac duymadıq. Çünki onların əksəriyyətinin qiyamdan sonrakı taleləri bir-birinə çox bənzəyir.

Etibar SEYİDAĞA,

/Y.M/

Oxşar xəbərlər