Demokratik TV
Xəbər lenti
Ziya Məmmədov HİCRƏT edəcək?!
- 11 may 2018, 12:15
Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədən çıxarıldıqdan və ölkədəki biznes strukturlarının önəmli hissəsi əlindən alındıqdan sonra kölgəyə çəkilib. Özünün və yaxın ətrafının gəlir sahələrindən mərhum edilməsinə susqunluqla reaksiya verən Ziya Məmmədovun bundan sonra nə edəcəyi isə hər kəsə maraqlıdır.
Görünən odur ki, onun qarşısında iki seçim var: Ya siyasi-biznes karyerasının qürubuyla barışaraq Azərbaycanda ömrünü davam etdirmək, ya da əlində qalan və o qədər də az olmayan maliyyəni də çıxartmaqla Azərbaycanı tərk etmək…
Bununla bağlı "savash.org”un əldə etdiyi informasiyaya görə, sabiq nazir ikinci yolu seçib və bu istiqamətdə konkret hərəkət etməyə başlayıb. Onun yaxın zamanlarda Azərbaycanı birdəfəlik tərk edərək oğlunun yanına – Böyük Britaniyaya köçəcəyi bildirilir. Xatırladaq ki, artıq Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması haqda xəbərlər təsdiqlənməkdədir. Hər halda yerli mətbuat bu haqda az qala bütün təfərrüatları yazsa da qarşı tərəfdən məsələylə bağlı hansısa təkzib eşidilməyib, bu isə informasiyanın dolayısı ilə təsdiqlənməsi deməkdir.
Bildirək ki, Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması xəbərləri 2-3 il əvvəldən yayılmağa başlayıb. Bunu nəzərə alsaq, belə ehtimal etmək olar ki, nazir oğlu manat ekvivalentində təxminən 25 milyon xərcləməklə 3 ilə Böyük Britaniya vətəndaşlığı alıb.
Görünən odur ki, oğlunun Böyük Britaniyada yerləşməsinə illər sərf etdikdən sonra buna nail olan Ziya Məmmədov indi də özü köç hazırlığındadır.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ziya Məmmədov villasını milyarderə satdı? - yenilənib
Ziya Məmmədovun daha bir kadrı qovuldu
Ziya Məmmədovun oğlunun şirkəti ləğv olundu
Ziya Məmmədov üçün “X” günü
Ziya Məmmədov Baş Nazirin müavini təyin oluna bilər
Ziya Məmmədov ölkədən gedib? - AÇIQLAMA
“Gülən qalmaqalı” Ziya Məmmədovu da bitirə bilər
“Heç yerə gedəsi deyiləm”- Ziya Məmmədovdan yeni açıqlama
Ziya Məmmədovun yaxın qohumu işdən çıxarıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti