Erməni indi də türk qəhvəsini özününküləşdirir

  • 30 mart 2018, 15:33

Ermənilər dünyada "kofe biznesmenləri” kimi tanınır, bu gün "Türk qəhvəsi” adlanan termini ermənilər yaradıb.

Kult.az xəbər verir ki, bu sözləri HALDİ.CO şirkətinin İrəvandakı nümayəndəsi Tiqran Akopyan deyib.

"Bu gün Türkiyədə dəmlənən qəhvə tozu "Türk qəhvəsi” adlanır. Bu ərəb ölkələrində yaşayan ermənilərin Avropanı Osmanlı imperiyası vasitəsilə qəhvə toxumları ilə təmin etməsinə görədir. Bunun sayəsində bir çox ölkələrdə "Şərq qəhvəsi” "Türk qəhvəsi” kimi tanınır”, - Akopyan bildirib.

Akopyan hətta bir qədər də irəli gedərək, Avropada ilk qəhvəxananı da ermənilərin açdığını qeyd edib:

"Avropada ilk qəhvəxananı Yohannes Diodato kimi tanınan erməni Ovannes Astvatsatur açıb”.

Oxşar xəbərlər