Novruz yarmarkaları başlayır

  • 03 mart 2018, 16:11

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində yarmarkalar təşkil ediləcək.

                          Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 17-20 mart tarixlərində fasiləsiz olaraq 4 gün kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

Bakı şəhəri üzrə, Xətai rayonu:

- Məzahir Rüstəmov küçəsi, "Bakı” kinoteatrının yaxınlığı;

Nərimanov rayonu:

- Keşlə bazarının ərazisi;

Səbail rayonu:

- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;

Suraxanı rayonu:

- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı;

Binəqədi rayonu:

- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Sumqayıt şəhəri üzrə (2 yerdə)

- 12-ci mikrorayon

- Köhnə avtovağzalın yanı

Oxşar xəbərlər