ƏHALİYƏ XƏBƏRDARLIQ - Hava yenidən soyuyur

  • 02 mart 2018, 20:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 3-də Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a daxil olan məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 7-12, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

3-4 mart tarixlərində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Nazirlik yaxın iki gündə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Bildirilir ki, 3-5 mart tarixlərində rayonlarda qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Martın 05-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Demokratik.Az 

Oxşar xəbərlər