Davosda Trampı fitə basdılar

  • 28 yan 2018, 11:18

İsveçrənin Davos şəhərində təşkil olunan Dünya İqtisadi Forumuna qatılan ABŞ prezidenti Donald Tramp çıxışı zamanı salondakı bəzi şəxslər tərəfindən küyə tutulub.


Qaynarinfo xəbər verir ki, çıxışında mətbuatı sərt şəkildə tənqid edən Tramp salondakı şəxslərin qəzəbinə tuş gəlib. Belə ki, salonda əyləşənlərin bəziləri Trampın çıxışında mətbuatı yalançı adlandırmasından sonra onu fitə basıblar.

"İş adamı olanda mətbuat mənə qarşı yaxşı davranış nümayiş etdirirdi. Siyasətçi olana qədər onun nə qədər pis və yalançı olduğunu bilmirdim”, – deyə Tramp bildirib.

ABŞ prezidenti çıxışında həmçinin dünya iqtisadiyyatının ABŞ iqtisadiyyatı ilə əlaqəli olduğunu və ABŞ nə qədər böyüyərsə, dünya da bir o qədər inkişaf edər deyib.

Forumun aparıcısının suallarını cavablandıran Tramp biznesmen olmağın faydalarından da danışıb. O, iş adamı olmağın onun üçün üstünlük olduğunu və pul qazanmaq sahəsində hər zaman müvəffəqiyyət əldə etdiyini bildirib. Prezidentin bu sözlərindən sonra Trampın liderliyinin önəmli olduğunu və onu təqdir etdiyini deyən aparıcı da salondakıların qəzəbinə tuş gəlib.

 

"Demokratik.Az"

Oxşar xəbərlər