Marsda buz təbəqələri aşkarlandı

  • 13 yan 2018, 11:41
NASA "Mars Reconnaissance Orbiter" kosmik gəmisindən istifadə edərək Mars üzərində buz təbəqələri aşkar edib.

ABŞ Geoloji Araşdırmalar Qurumu buz təbəqələrinin Marsa yerləşəcək insanlar üçün vacib su qaynağı ola biləcəyini açıqlayıb. Araşdırma rəhbəri Kolin Dandas "Bir müddətdir Marsın səthində buz olduğunu bilirdik, lakin bunun insan üçün həyat imkanı təmin edib-etməyəcəyi mübahisəli mövzu idi" açıqlamasını verib.

Tədqiqat üzvləri bildirir ki, buz təbəqələri eroziya nəticəsində yaranıb və 8 ayrı yerdə ola bilər. Aşkar olunan fakt yaxın dövrlərdə Marsda qar təbəqəsinin yerləşdiyini göstərir. Buz təbəqələri gələcəkdəki tədqiqatlar üçün də faydalı olacaq.
Oxşar xəbərlər