Keçmiş neftçi evinə oğurluq neft xətti çəkdirdi

  • 11 yan 2018, 08:04

63 yaşındakl Samvel Kilangilaninin Tanzaniya Liman İdarəsinə aid neft boru xəttindən evinə qaçaq xətt çəkdiyi bildirilir. Ölkənin "The Citizen” qəzetində yer alan xəbərə görə, Tanzanya-Zambiya Neft Xətti İdarəsindən təqaüdə çıxan Samwel Kilangilaninin liman idarəsinə aid neft xəttindən evinə qaçaq xətt çəkdiyi müəyyən olunub.

Qəzetə danışan Darüsselamın komissarı Benedict Kitalika deyib ki, liman idarəetməsi işçiləri ilə aparılan ortaq araşdırma nəticəsində neft paylaşımı edən boru xətlərində litrlərlə neftin itdiyini müəyyən ediblər. İstintaq açdıqlarını qeyd edən Kitalika nəticədə Kilangilaninin evinə gedən qaçaq boru xəttinin ortaya çıxarıldığını deyib.

Kigamboni komissarı Haşim Mgandilva da Kilangilaninin evindən sızan neftin çevrəyə yaydığı qoxudan narahat olanların şikayəti əsasında qaçaq xətti tapdıqlarını açıqlayıb.

Oxşar xəbərlər