Ağsulu fermerlər mal-qaranın cinsini yaxşılaşdırır

  • 08 yan 2018, 08:21

Ağsu rayonunda heyvandarlıqla məşğul olan fermerlər son illər mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində maraqlıdırlar və təsadüfi deyil ki, ötən il də bu istiqamətdə xeyli işlər görülüb.

Bununla əlaqədar Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yenicə yola saldığımız 2017-ci ildə 8 texnik tərəfindən 846 baş inəkdə süni mayalandırma aparılıb, 357 baş cins bala alınıb. Keçən il süni mayalandırma yolu ilə alınan buzovların sayı 2016-ci ildəki göstəricidən 71 baş çoxdur.

Qeyd edək ki, süni mayalandırma yolu doğulan hər buzov üçün dövlət tərəfindən 100 manat subsudiyanın verilməsi heyvandarlıqda bu işə marağı daha da artırıb.

 

Demokratik.Az

Oxşar xəbərlər