Gəncəli şair prezidentin ad gününə şeir yazdı

  • 24 dek 2017, 11:34

Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ad günüdür. Ölkə başçısının 56 yaşı tamam olur. Gəncədə yaşayıb - yaradan şair İlham Musaoğlu da bu münasibətlə prezidentin doğum gününə "Yaşa-yaşa, Azərbaycan"! adlı şeir yazaraq öz təbrikini ifadə edib.

"Demokratik.Az" saytı həmin şeiri oxuculara təqdim edir.


 

Yaşa-yaşa, Azərbaycan!

Ulu türkün butasısan

Qoca Şərqin qapısısan

Sən həqiqət carçısısan

Sınanmısan, zaman-zaman

Yaşa-yaşa, Azərbaycan!

 

Oğulların igid, cəsur

Necə qorxmaz, necə məğrur

Gör arxanda,  kimlər durur

Biz hazırıq, hər gün, hər an

Yaşa-yaşa, Azərbaycan!

 

Şəhid qanı unudulmaz

Bu qan, heç vaxt, yerdə qalmaz

Vətən getsə, vətən olmaz

Eşqin, ruhun, daim cavan

Yaşa-yaşa, Azərbaycan!

 

Saf təbiət, buradadır

Hörmət-izzət buradadır

Haqq-ədalət buradadır

Yer üzündə var bir ünvan

Yaşa-yaşa, Azərbaycan!

 

Dörd bir yanın gül-çiçəkdir

Xoş günlərin mübarəkdir

Tarixin də bir örnəkdir

Səni görən, can deyir, can

Yaşa-yaşa, Azərbaycan!

 

Heydər qurdu bu dövləti

Birləşdirdi bu milləti

Xalqa verdi, tam sərvəti

Bunu bilir, bütün cahan

Yaşa-yaşa, Azərbaycan!

 

Övladların bəxtiyardır

Tanınan bir ölkən vardır

Prezidentin fədakardır

Başda İlham və Mehriban

Yaşa-yaşa, Azərbaycan

İlham Musaoğlu -  Şair.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü,

Aşıqlar birliyinin üzvü, "Qızıl qələm” mükafatı laureatı, 2017-ci il Prezident mükafatçısı,  

 

                 20 dekabr 2017-ci il, Gəncə.

Oxşar xəbərlər