Qara Kənd Faciəsində kimləri itirmişik? - VİDEOXƏBƏR

  • 21 noy 2017, 11:06

Müəmmalı Qarakənd – 20 noyabr vertalyot faciəsinin növbəti ildönümüdür.

Demokratik.Az xəbər verir ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb. O zamankı Azərbaycanən siyasi elitasını daşıyan  vertalyot Xocavənd rayonun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulub.
Hesablamalara görə, Qarakənd   üzərində üç yüz metr yüksəklikdə uçan Mi-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. 
Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub.
İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan "Mi-8”i silahlı mühafizə vertolyotu müşayiət etmirdi? 
Niyə onların hamısı bir vertolyotda idi? Bu kimi suaalara cavabı yəqin ki, tarix özü verəcək. 25 il əvvəl baş vermiş faciə barədə hazırlanan və yutubda yayımlanan maraqlı VİDEOMATERİALI təqdim edirik:

Oxşar xəbərlər