Azərbaycan höküməti Füzulinin sahibsiz məzarını necə xilas edib?
"Salam verdim – rüşvət degildir deyü almadılar.”
11:00 xeber – Səddam Hüseyn 1984-cü ildə Füzulinin türbəsini dağıdıb, qalıqları Azərbaycan xilas edib. Bu barədə iki gün qabaq Türkiyənin ən qabaqcıl xəbər portallarından birində yazı dərc edilib.
Demokratik.Az iki il əvvəl bir çox xəbər portalında yayımlanmış yazını oxucularına təqdim edir: //mənbə - Azadlıq.az, ANS PRESS //
Səddam Hüseynin buldozerləri 1984-cü ildə Füzulinin Kərbala şəhərindəki türbəsini yol çəkmək bəhanəsi ilə yerlə bir etdilər. Şairin sümükləri on il ordan-orada daşındı. Amma Türkiyə bir tükünü belə tərpətmədi, Füzuli Azərbaycanın reaksiyası sayəsində 1994-cü ildə yeni məzara nəql edilib.
Füzuli həyatının böyük hissəsini Bağdad, Kərbala və Nəcəfdə keçirib. 1556-cı ildə dünyasını dəyişəndən sonra isə Məhəmməd peyğəmbərin (s.ə.s) nəvəsi həzrəti Hüseynin yanında dəfn edilib.
Dillər əzbəri olan eşq qəzəlləri, "Leyli və Məcnun”un dillərə dastan sevgi hekayəsinin müəllifinin ölümündən sonra Kərbalada sümüklərinin başına nələr gəldi…
1984-cü ilin payız günündə əsrlərlə yaşı olan türbəsi yarım saata yerlə bir edildi. Daş yığınına dönən Füzulinin boş məzarı idi. Belə ki, qəbir bir gün öncə açılmış, şairin sümükləri çıxarılmış və yaxınlıqdakı kiçik Sultaniyə məscidində yerləşdirilmişdi.
Sümüklər burada illərlə qaldı. Lakin bu dəfə də buldozerlər yeni yol üçün bu məscidi dağıtdı. Bu dəfə qalıqlar dağılan məscidin boş tikilisinə köçürüldü.
O günlərdə İraq Moskvadan bir nota aldı. Notada sovet Azərbaycanının Füzulinin məzarına görə narahatlığı əks edilmişdi. Əgər İraq qalıqları Azərbaycana göndərməyi qəbul edərsə, Sovet ittifaqı məmnun olacaq…
Bundan sonra məzarı yerlə bir olan Füzuli bir anda iraqlıların gözündə qiymətə mindi. "İraq şairidir və nəinki sümükləri, məzar torpağındna bir qum dənəsi belə başqa yerə gedə bilməz”, dedilər.
Bir neçə il daha ötdü. 1994-cü il – Azərbaycan artıq müstəqildir. Bu dəfə Bağdadla bir başa əlaqə quruldu. Qalıqlar yenidən istənildi. Ona Ankarada məzar vəd etdilər.
Bağdad yenə "olmaz” dedi. Azərbaycanın israrı davam edəndə isə 1994-cü ildə "Füzuli konqresi” quruldu.
Elçin Əfəndiyevin rəhbərliyi altında Azərbaycan konqresə Füzulişünas olan 128 nəfər ilə qatıldı. "Məzar işi həll olmadan Bağdaddan addım atmarıq” deyildi. Mübarizə 3 gün 3 gecə davam etdi. İraqlılar Füzulinin adına uyğun bir türbə edəcəklərinə söz verdilər.
Məzarın yerini də Azərbaycanlılar seçdi. Kərbalada, Həzrəti Hüseynin türbəsinin yanındakı məscidin qiblə girişindəki əlyazmalar otağı. Sümüklər burada dəfn edildi. Üzərinə isə Kərbəla mərmərindən bir kitabə qoyuldu.
İraq və Azərbaycan arasında bu mübahisələr davam edərkən Füzuli dahi şair olaraq qəbul edən başqa bir dövlət də var idi – Türkiyə. Bu məsələlrədə Türkiyənin adı belə eşidilmədi. Buldozerlər Füzulinin qalıqlarını dağıdanda nə xarici işlər nazirliyi, nə də universitetlər bir səs çıxardı…
Sevgi şairi olan Füzuli 1995-ci ildən Kərbəladı yeni türbəsində uyuyur. Türbənin qübbəsində isə bir beyti əks edilib – "Nə yanar kimsə mənə âteş-i dildən özgə. Nə açar kimsə qapım bâd-ı səbadan qeyri”.
Məhəmməd Süleyman oğlu Füzuli görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiridir. Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazıb.
Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun” mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.
Demokratik.Az