Xəbər lenti
Bütün xəbərlər

Dünyanın ən varlı 5 adamı

  • 29 okt 2017, 09:05

Nüfuzlu "Forbes” jurnalı dünyanın ən zəngin adamlarının yeni reytinqini açıqlayıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın "Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. Hazırda С.Bezosun sərvəti 93,1 milyard dollar təşkil edir. İkinci yerdə "Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (89,9 milyard dollar), daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 80,6 mlrd. dollarla reytinqin üçüncü pilləsində qərarlaşıb.

Dünyanın ən zəngin dördüncü adamı "Zara” brendinin sahibi Amansio Orteqa (77,9 mlrd. dollar) hesab edilib. Beşliyi 73,8  mlrd. dollar sərvətə malik olan "Facebook”un yaradıcısı Mark Tsukerberq tamamlayır. 

Oxşar xəbərlər