Bakıda şok: “26-lar”ın övladları peyda olub?

  • 07 sen 2017, 08:00

"Sahil bağı" tərəfdə fəaliyyət göstərən "26” adlı restoranın köhnə "26-lar”a işarə verdiyi iddia olunur.

Bu barədə tarixçi Elmar Həsənov sosial şəbəkədə yazıb. O, fikrini belə ifadə edib:

"İndiki "Sahil bağı", vaxtilə "26-lar” bağı adlanırdı. İndi isə həmin ərazidə "26” adlı restoran fəaliyyətə başlayıb. Niyə məhz bu ərazidə?

Bir neçə il qabaq həmin bağdan onların cəsədləri çıxarılıb. Demək, həmin "26-lar”ın nəvə və nəticələri Azərbaycanda yaşayır. Məhz həmin ərazidə babalarının ruhunu yaşadırlar. Bu qədər təsadüf olmaz…”

Həmçinin tarixçi Dilavər Əzimli də məsələyə biganə qalmayıb. O, həmin məkanın fotosunu paylaşaraq, hüquq-mühafizə orqanlarından açıqlama tələb edib:

"Sahil bağı" tərəfdə "26” adlı restoran açıblar. Adını da ingilis dilində yazıblar. Bu nədir? Bura Ermənistandırmı? Bunlar kimdir? Bunların arxasında hansı şəbəkə dayanır? Bu, lap ağ etmək oldu. Azərbaycan xalqını qanına qəltan edən "26-lar”a Bakının mərkəzində restoran açılıb. Buna görə biz hüquq-mühafizə orqanlarından açıqlama tələb etməliyik. Bunu edənlər bu dərəcədəmi həddi aşdılar? Dağlıq Qarabağda erməni məskunlaşması gedir. Bakıda da "26-lar” restoranı açılır. Bu dərəcədəmi zəlil olduq? Düzü, məəttəl qalıram…”

"Demokratik.Az"

Oxşar xəbərlər