"Arvad, qadın və sekskukla"

  • 12 avq 2017, 09:21

MAHİR QABİLOĞLU

 

Evlənmirdim. Güclə evləndirdilər. Arvadın qırxı cıxan kimi buynuzları da görünməyə başladı. Kasıb ailədən idi. Atası da ölmüşdü. Bir gözə çarpan cehizi də yox idi. Amma neyləsin ki, ata evinə vida demişdi. İndi mənim familiyamı daşıyırdı. Televizora rahat baxa bilmirdik. Ona görə yox ki, Azərbaycanda normal bir kanal yoxdur. Taqsır reklamlarda idi. Dəqiq desək bir reklamda: "Ata ilə uşaq bir-biriylə oynayır. Birdən atanın yadına arvadı düşür. Qızından soruşur ki, anan hanı? O da cavab verir ki, anam həmişəki kimi boşqabları yuyur. Ata da o saat gedir qabyuyan maşın alır. Sonda da deyir: "Axı, sən qadınsan, qabyuyan deyilsən””. İlk söz-söhbətə də bu reklam bais oldu.
Biz atamdan, anamdan ayrı yaşayırıq. Gündə də vur-tut 3-4 boşqab bulaşa ya bulaşmaya. Amma bu reklamı gündə 30 dəfə eşidirdim. 10 dəfə televiziyadan, 20 dəfə arvaddan. "Axı mən qadınam, qabyuyan deyiləm”. Deyə də bilmirdim ki, belə lazımlı şey idi, cehiz gətirəydin də. Axırda bezdim. Kreditə girib qabyuyan maşın aldım.
Bir müddət başım sakit oldu. İndi də paltaryuyan yada düşmüşdü. İki ay da beləcə başım getdi. Arvad yenə də qalib gəldi. Axı, o qadındır, paltaryuyan deyil?!
Bir müddətdən sonra ətçəkən, blender, tozsoran, avtomatlaşdırılmış döşəməsilən və daha nələr, nələr aldım. Axı, o qadındır, süpürgəçi deyil?! 
Axı o qadındır, döşəmə silən deyil?! Dünyaya bir uşağımız da gəldi. İndi də gecələr yata bilmirdim. Rejim qoymuşdu. 4 saat mən, 4 saat da o növbətçilik edirdi. Uşaq da gecə ilə gündüzü səhv salmışdı. Günorta o yatırdı, arvad da rahat nəfəs alırdı. Səhər işə gedəndə gözlərim yumulu gedirdim. Dinəndə də deyirdi ki, "uşaq həm sənindir, həm də mənim. Atam evindən gətirməmişəm ha”.
Günlərin bir günü Rusiyanın Həştərxan şəhərinə ezamiyyətə göndərdilər. Təsadüfən üstündə "Sexshop” yazılan bir mağaza diqqətimi çəkdi. Axı, bizdə belə şeylər yoxdur. İçəri girdim. Çox maraqlı idi. Bir sekskukla diqqətimi daha çox çəkdi. Deyəsən istədiyimi tapmışdım.
Şəhərə qayıtdım. Evə girəndə arvadın da, uşağın da gözü çantamda idi. Onların hədiyyələrin verdim. Sonra da öz kuklamı çıxartdım. Yanımda əyləşdirdim. Əlimi çiyninə qoyub televizora baxmağa başladım. Arvadın gözü hədəqəsindən çıxdı: "Ay kişi, bu nədir?”
Arvad, axı sən qadınsan...
Oxşar xəbərlər