9 ay boyunca 17 oteldə bir qəpik ödəmədən yaşayıb

  • 02 avq 2017, 08:51

Braziliyalı dələduz İsveçin paytaxtı Stokholmdaakı 17 fərqli oteldə doqquz ay boyunca 1 qəpik belə vermədən yaşayıb.

Ən son olaraq qaldığı "Scandik Hotel”də may ayında həbs olunan braziliyalı çıxdığı məhkəmədə ağırlaşdırılmış dələduzluq suçuna görə 8 ay müddətinə həbs cəzasına məhkum olunub. Yaşadığı otellərdəki xidmətlərdən yararlanaraq 17 hoteli ümumən 41 qəbz qarşılığında təxminən 260 min kron (26 min avro) məbləğində dələduzluq edən braziliyalı məhkəmə qərarına görə, dələduzluq etdiyi otellərə bu miqdarı ödəmək zorundadır. Dələduzluq etdiyi bütün otellərə eyni sayt vasitəsilə rezervasiya etdirən şəxs hotellərin girişində baqajının gecikəcəyini, bu səbəbdən də dərhal ödəmə edə bilməyəcəyini söyləyərək kredit kartı məlumatlarını qoyub.

Braziliyalı qaldığı otellərdən itəndən sonra kredit kartı məlumatları üzərindən edilən araşdırmalarda kartda lazımi qədər pul olmadığı üzə çıxıb. Məhkəməyə şahidlərin ifadələri, 28 yaşlı Braziliyanın cib telefonundakı GPS pozisiyaları, wi-fi bağlantıları və facebook paylaşımları dəlil olaraq təqdim edilib.

Oxşar xəbərlər