Hansı meyvə və tərəvəz, nəyə kömək edir?
- 14 iyul 2017, 21:33
Bu yaxınlarda Cay Kordiç müəllifi olduğu "Mevə və Tərəvəzlərin gizli sirləri" adlı kitabı işıq üzü görüb.
Demokratik.Az deyerler.org-a istinadən bildirir ki, müəllif kitabda hansı meyvənin və ya tərəvəzin nəyə xeyirli olmasını araşdırıb.
Bu da "Mevə və Tərəvəzlərin gizli sirləri" kitabından çıxarışlar:
Əncir: Bağırsaqların işini sürətləndirir.
Alma: Böyrəklərin təmizləyir, həzmi rahatlaşdırır.
Ərik: Qan əmələ gətirəndir. Dəriyə və saça müsbət təsir göstərir. Xərçəngin qarşısının alınmasına kömək edir.
Banan: Ürəyə və əzələlərə faydalıdır. Yorğunluğu aradan aparır.
Vişnə: Mineral və vitamin anbarıdır. Tünd rəngli vişnələr, açıq rənglilərə nisbətdə daha çox mineral ehtiyatına malikdir.
Portağal: Soyuq dəymənin, qripin, ürək xəstəliklərinin qarşısını alır.
Üzüm: Böyrəklərin işini tənzimləyir, ürək döyüntüsünü nizamlayır. Qaraciyəri təmizləyir. Qara üzüm ölmüş hüceyrələri bərpa edir.
Qarpız: Qabığındakı sink insanın özünü tənzimləməsinə kömək edir. Böyrəyi təmizləyir.
Armud: Ürək - damar xəstəliklərinin qarşısını alır, aşağı qan təzyiqli insanlara xeyrlidir.
Çiyələk: Siqaret tüstüsünün təsirlərini azaldır. Siqaret çəkilən otaqdakı insanlar gün ərzində ən azı iki gilə çiyələk qəbul etməlidirlər.
Kök: Əlavə enerji mənbəyi yaradar. Qaraciyərin öd ifraz etməsinini sürətləndirir.
Xiyar: Əzələləri cavanlaşdırar. Dəri hüceyrələrinə elastiklik gətirir.
Sarımsaq: Təzyiqi salır, qan laxtalanmasını azaldır. Mədə xərçənginin qarçısını alır və immuniteti gücləndirir.
