Vətəndaşlığını pulla ala biləcəyiniz 10 ölkə

  • 10 iyul 2017, 17:04

"Qaynarinfo" xarici mediaya istinadən vətəndaşlığını və yaşamaq icazəsini pulla almaq mümkün olan ölkələri təqdim edir.

Latviya

64 min avro ödəyərək Latviyada 5 illik yaşamaq icazəsi qazana bilərsiniz. Bu icazə ilə gələcəkdə vətəndaş belə ola bilərsiniz.

Müqəddəs Lusiya

Qəraib ölkələrindən olan Müqəddəs Lusiyada vətəndaş olmaq üçün 100 dollar ödəməniz kifayətdir.

Dominikan Respublikası

72 min əhalisi olan Dominikan Respublikasının vətəndaşı olmaq üçün 200 min dollar ödəmək lazımdır. 

Malta

Aralıq dənizi sahilində yerləşən Malta vətəndaşlığı 150 min dollara satır. 

Portuqaliya

"Qızıl viza proqramı" ilə ölkəyə edilən 350 min avro məbləğ investisiya ilə yaşamaq icazəsi ala bilərsiniz.

Yunanıstan

Yunanıstanda yaşamaq icazəsi almaq üçün 250 min avro ödəməlisiniz.

İspaniya

Portuqaliya kimi İspaniyada da investisiya ilə yaşamaq icazəsi almaq mümkündür. Minimum məbləğ isə 500 min avrodur.

Kanada

Kanada 800 min Kanada dolları məbləğində investisiya ilə ölkədə yaşamaq icazəsi verir.

Yeni Zellandiya

3 milyon Yeni Zellandiya dolları miqdarında investisiya ilə bu ölkənin vətəndaşı ola bilərsiniz.

ABŞ

ABŞ-da yaşamaq hüququ qazanmaq üçün isə ölkəyə 500 min dollar investisiya qoymaq bəs edir.

Oxşar xəbərlər