Bürclər – 27 iyun
Qoç – Çətin olacaq: uğurlu gün deyil. Planları
ayaqüstü dəyişmək lazım gələcək. Baxmayaraq, bunu heç istəmirsiniz. Sevdiyiniz
adam məyus edəcək. Onun dəstəyindən məhrum olmaqla (müvəqqəti olsa belə) özünüzə
inamı da itirirsiniz. Unutmayın ki, bu gün problemlərin müzakirəsi və münasibətlərin
aydınlaşdırılması üçün münasib gün deyil.
Həyat potensialı aşağıdır. Günün birinci yarısında ovqatınız yüksək olmayacaq.
Axşama doğru isə əhval-ruhiyyəniz daha da pisləşəcək. Tez yatmağa dəyər:
istirahət pis olmaz.
Buğa – Əvvəllər olduqca çətin, demək olar ki, həyatakeçirilməz
olan işlərdə bu gün yaxşı nəticələr əldə edə bilərsiniz. İntuisiyanız çox kəskindir.
Məhz onun sayəsində rəqibləriniz üçün əlçatmaz olan düzgün həll yolları
tapacaqsınız. Pul gəlirləri mümkündür.
Romantik görüşlər çox yaxşı keçəcək. Sevgili Buğalar sevdikləri adamla ünsiyyətdən
zövq alacaqlar. Bürcün tənha nümayəndələrini isə maraqlı tanışlıqlar və ya rəğbət
bəslədikləri şəxslə təsadüfi qarşılaşma gözləyir.
Əkizlər – İş çox olacaq. Amma onlardan heç biri sizdə
səmimi maraq yaratmayacaq. Başladığınız işi sona çatdırmaq üçün diqqəti cəmləşdirməyə
özünüzü məcbur etməli olacaqsınız. Sizin işə münasibətiniz rəhbərliyin o qədər
də xoşuna gəlmir.
Yaxınlarınızla fikir ayrılıqları mümkündür. Siz boş şeylər üstündə münaqişələrə
imkan verməməyə çalışsanız da, hərdən olduqca kobudluq edirsiniz. Sonralar bunu
sizə xatırladacaqlar. Alış-veriş üçün uğurlu gündür.
Xərçəng – Çox çətin və olduqca yorucu gündür. Ona
görə də nəfəsinizi dərməyə, özünüzü hansı yollasa əzizləməyə çalışın. Rəğbətiniz
olan insanlarla daha çox vaxt keçirin, xoşagəlməz təmasları minimuma endirin.
Ətrafınızda münaqişələr yaranacaq. Onların hamısının sizinlə birbaşa bağlılığı
yoxdur. Buna baxmayaraq, siz baş verənləri ürəyinizə salırsınız. Əsəb sistemində
ağırlıq artacaq.
Şir – Dincəlmək, heç bir iş görməmək pis olmazdı.
Bunu özünüzə rəva görə bilərsiniz. Çünki hazırda qarşınızda ciddi problemlər
yoxdur. Özünüzə inanın. Öz bədbinliyiniz qədər heç nə sizin planlarınızı poza
bilməz.
Bu gün, xüsusilə, günün ikinci yarısında edilən bazarlıqlar uğurlu olacaq.
Qız – Uğurlu, fantaziyaya sərbəstlik verməyə imkan
yaradan maraqlı və şən gündür. Qarşınızda yeni geniş perspektivlər açılacaq.
İstənilən xarakterli işlərə başlamaq üçün bundan uğurlu gün tapa bilməzsiniz.
Bu gün ünsiyyət üçün münasibdir. Onun işgüzar, rəsmi və ya qeyri-formal,
dostluq ünsiyyətinin olmasının fərqi yoxdur. Sizinlə yol yoldaşı olacaq
adamlarla qarşılaşacaqsınız və yəqin ki, yeni tanışlıqlara şad olacaqsınız.
Tərəzi – Günün birinci yarısında probelmlər və çətinliklər
barədə düşünmək istəməyəcəksiniz. Nə qədər qəribə olsa da, bu çox sadə taktika
işə yarayacaq: vəziyyət yaxşılığa doğru dəyişəcək və bunun üçün heç bir səy
göstərməyinizə ehtiyac qalmayacaq. Düzdür, yaxınlarınız sizin davranışınızı
pisləyə bilərlər. Tənqidi iradlardan inciməməyə çalışın.
Günün ikinci yarısı gərgin olacaq: çoxdandır diqqət tələb edən işlərlə məşğul
olmalısınız. Bir çox Tərəzilər özlərinə əsəbiləşəcəklər, ruhi vəziyyətləri pisləşəcək.
Əqrəb – İş, işgüzar danışıqlar, müqavilə bağlamaq
üçün çox yaxşı cündür. Ən cəsur planların reallaşmasına kömək edəcək adamları
tapacaq, həmfikirlərinizin başında olacaqsınız. Cəlbedici, bir o qədər də
hürküdücü yeni təkliflər alacaqsınız. Özünüzə inanın.
Təəssüf ki, dövlət orqanlarının nümayəndələri və ya nüfuzlu şəxslərlə
qarşıdurma istisna deyil. Özünüzü maksimal dərəcədə səbrli və nəzakətli
aparmağa çalışın, təxribatlardan uzaq durun. Kəsilmiş romantik münasibətləri bərpa
etmək istəyi yaranacaq. Amma konkret hərəkətlərə tələsməyin.
Oxatan – İşlərə bir qədər artıq həvəs götərin. Bu,
sizi sezmələri və lazımi səviyyədə qiymətləndirmələri üçün vacibdir. Əgər tənbəlliyə
təslim olursunuzsa, heç olmasa qızğın iş təsəvvürü yaradın. Açıq-aşkar
bekarçılıq ətrafdakıları əsəbləşdirəcək.
Yaxınlarınızın qayğısına qalmağa, onların problemlərinin həllini öz üzərinizə
götürməyə hazır olun. Sevgikləriniz üçün bu gün çox şey edə bilərsiniz. Ona görə
də vaxt itirməməyə çalışın. Mücərrəd mövzularda söhbətlər etmək, fəlsəfi
suallara cavab axtarmaq məsləhət deyil. Belə məşğuliyyətlər sıxıcı olacaq.
Oğlaq – Köhnə problemlərin həlli, əvvəllər
başladığınız işlərin yekunlaşdırılması üçün münasib gündür. Əsas məsələni
ikinci dərəcəlidən əla seçəcək, boş yerə vaxt və güc sərf etməyəcəksiniz. Beynəlxalq
ticarət və ya başqa xarici iqtisadi fəaliyyətlə məşğul olanlar üçün çox məhsuldar
gün olacaq.
Şəxsi həyatda hər şey asan və hamar deyil. Amma bu sahədə bütün problemlər həllolunandır.
Bu gün yaxınlarınızla ünsiyyətdə düzgün tonu tapacaq, həm də yolundan sapanları
doğru yola qaytarmağa nail olacaqsınız.
Dolça – Lazımi dərəcədə uğurlu gündür. O, yeni
perspektivlər açacaq. Amma bu şansdan yararlanmaq üçün həm cəsarət, həm inad, həm
də özünəinam lazımdır. Yaxşı tanıdığınız adamlara etibar edin və hələlik yalnız
böyük vədləri ilə tanınanlardan uzaq durun.
Bu gün romantik münasibətlərə başlayanlardan ehtiyatlılıq tələb olunur:
asanlıqla həm başınızı, həm də pulunuzu itirə bilərsiniz. Yaşlı qohumlarınızı
yaddan çıxarmayın. Bu gün onların diqqətinizə həmişəkindən daha çox ehtiyacı
var.
Balıqlar – Peşəkar uğurlara bel bağlamaq olar. Amma
rəhbərliklə münasibətləriniz o qədər də yaxqı olmayacaq. Vəziyyəti gərginləşdirməməyə
çalışın, münaqişəli vəziyyətlərdən qaçın, nüfuzlu şəxslərə hörmət nümayiş
etdirin.
Ailə məsələlərinin həlli və qohumlarla gələcəklə bağlı planların müzakirəsi
üçün yaxşı gün deyil. Razılaşmaq çox çətin olacaq. Həddindən artıq inadkarlıq təhlükəlidir:
incikliklər asanlıqla yaranır, onları aradan qaldırmağa isə böyük əmək lazım
olacaq.