Demokratik TV
Xəbər lenti
Ən zərərli sosial şəbəkə-“İnstagram”
- 19 may 2017, 19:59
Böyük Britaniya alimləri "İnstagram”ın insan sağlamlığı üçün ən təhlükəli sosial şəbəkə olduğunu müəyyənləşdiriblər.
lent.az-ın xəbərinə görə, bu barədə İctimai Sağlamlıq üzrə Kral Cəmiyyətinin (RSPH) və Gənclərin Sağlamlığı üzrə Hərəkatın hesabatında deyilir.

Tədqiqat çərçivəsində "YouTube”, "Instagram”, "Snapchat”, "Facebook” və "Twitter” araşdırılıb. Siyahıda ən müsbət imicə malik olan sosial şəbəkə "YouTube” olub. Bu xidmət gənclərə ən pozitiv təsir göstərən xidmətdir. Sonra "Twitter” və "Facebook” gəlir. "Snapchat” və "Instagram" ən pis qiymətləndirilən sosial şəbəkələr olublar.
Araşdırma müəllifləri 16-24 yaş arası gənclərin 91%-nin sosial şəbəkələrdən istifadə etdiyini bildiriblər. "Sosial şəbəkələr asılılıq baxımından siqaret və alkoqoldan daha təhlükəlidir. Gənclər arasında depressiya və həyəcan hissinin səviyyəsi son 25 ildə 70% artıb”, - deyə hesabatda qeyd olunur.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti