Mərmərə dənizinin suyu rəngini dəyişir

  • 02 may 2017, 21:53

Mərmərə dənizinin suyu tədricən rəngini dəyişir, narıncıya çalır.

Novator.az-ın məlumatına görə, bunun səbəbi ilə bağlı müxtəlif versiyalar səslənir.

Alimlərin bir qrupu hesab edir ki, səbəb planktonlardır. Onların fikrincə, planktonlar dəniz suyuna narıncı, çəhrayı, qəhvəyi, yaşıl və qırmızı rəng verə bilər. Plankton – suda yaşayan və ancaq suyun təsiri ilə hərəkət edən canlı orqanizmlərdir, onları adi gözlə görmək mümkün deyil.

Bəzi alimlər hesab edir ki, rəng dəyişikliyinin səbəbi gecələr suda işıq saçan fosforlu mikroorqanizmlərin sürətlə çoxalmasındadır.

Yerli əhali, xüsusən suyun rəngini dəyişdiyini daha aydın müşahidə edə bilən Türkiyənin Tekirdağ şəhərinin sakinləri düşünür ki, dənizin rəngi suya axıdılan məişət tullantıları və ya kimyəvi maddələrə görə dəyişir.

Bir qədər əvvəl Avstraliyanın Viktoriya ştatında gölün suyunun çəhrayı rəng aldığı haqda xəbərlər yayılmışdı.

Oxşar xəbərlər