Rusiyanın yeni gözəlçəsi milyonlar qazandı - Foto

  • 17 apr 2017, 08:16

21 yaşlı Polina Popova "Rusiya-2017" gözəllik yarışmasının qalibi olub.

Kult.az xəbər verir ki, Sverdlovsk vilayətini təmsil edən və 6 ildir modellik karyerası olan Popova indiyə qədər heç bir müsabiqədə iştirak etməyib.

Rusiya gözəli uğrunda 50 qız mübarizə aparıb. Müsabiqənin şərtlərinə əsasən, final mərhələsində iştirak edən bütün qızların boyu 173 santimetrdən çox, 18 yaşdan böyük, 23 yaşdan balaca olmalı, bədənlərində döymə, əri, uşağı, erotik xarakterli foto-videoları olmamalı idi.

25-ci yubiley mərasimi "Barvixa Luxury Village” konsert zalında keçirilib. Mərasimin aparıcıları məşhur dicey Maksim Privalov və 2003-cü ildə "Miss Rusiya” titulunu qazanmış Viktoriya Lopıreva olub.

Qalibə dəyəri 3 milyon dollar olan ağ qızıl, mirvari və brilyantdan hazırlanmış tac, 3 milyon rublluq bank kartı və avtomobil hədiyyə olunub.

 

Oxşar xəbərlər