Hansı qəzetlərə pul ayrıldı - Siyahı

  • 30 dek 2015, 23:47
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda bir məsələ - Fondun 2016-cı ilin I yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təklifləri müzakirə olunub.


 Fondun icraçı direktoru Vüqar Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 34 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2015-ci ilin II yarısında da Fond tərəfindən maliyyələşdirildiyini qeyd edən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra "Zaman Azərbaycan" qəzeti istisna olmaqla, digər 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

"Zaman Azərbaycan" qəzetinin təqdim etdiyi sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Şura üzvləri ətraflı tanışlıqdan sonra qəzetin təqdim etdiyi sənədlərin müsabiqənin şərtlərinə cavab vermədiyini bildiriblər.

Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2016-cı ilin birinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib. "Zaman Azərbaycan" qəzetinin təqdim etdiyi sənədlər müsabiqənin şərtlərinə cavab vermədiyi üçün qəzetə maliyyə yardımı ayrılmayıb (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

2016-cı ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı:

Demokratik.Az