Xəbər lenti
Bütün xəbərlər

Şəhid jurnalistlər yad edilib (FOTO)

  • 25 fev 2015, 19:38
Xocalı soyqırımının 23-cü ildönümü günlərində Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə ölkə mediasının təmsilçiləri Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olmuş və Şəhidlər xiyabanında uyuyan jurnalistlərin məzarları ziyarət olunub.

Demokratik.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, — Milli qəhrəmanlar Alı Mustafayevin, Salatın Əsgərovanın, Fəxrəddin Şahbazovun, Çingiz Mustafayevin və Kazımağa Kazımovun məzarlarını ziyarət ediblər. Jurnalistlər mərhum həmkarlarının məzarlarının üstünə tər çiçəklər düzüb, onların ruhuna dualar oxuyublar.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olan Macarıstan media qrupunun üzvlərinin də qatıldıqları anım mərasimində çıxış edən Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi başlayan gündən ölkə jurnalistləri təkcə qələmləri ilə deyil. Onlar həm də əldə silah torpaqlarımızın müdafiəsinə qalxıblar. Bu mübarizədə canını qurban verən neçə-neçə jurnalistin ömür yolu milli jurnalistikamızın qüruruna çevrilib. Onların əziz xatirəsi xalqımızın qəlbində yaşayır.

Ahıl jurnalist Hacı Mehman, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Teleradio QSC Həmkarlar İttifaqı Komitəsinin sədri Sərhəd Qasımov, Mətbuat Şurası İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Tapdıq Abbas və digər media təmsilçiləri şəhid jurnalistlər barədə xatirələrini danışıblar.

 

Mənbə

Demokratik.Az

Oxşar xəbərlər