Gəncədə mağaza yandı: Ölən var

  • 12 fev 2017, 13:18

Gəncə şəhərində yanğın hadisəsi baş verib.

Musavat.com-un məlumatına görə, bu barədə FHN-in saytında məlumat verilib. Məlumata əsasən, Kəpəz rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 21 m2 olan ərzaq mağazasının yanar konstuksiyaları və ona bitişik ümumi sahəsi 22 m2 olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1957-ci il təvəllüdlü Əliyev Şahin Allahverdi oğlunun yanmış cəsədi aşkar olunub.

Meyvə-tərəvəz mağazasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:45-də söndürülüb.

 
Oxşar xəbərlər