36 yaşlı qadın intihar edib

  • 16 yan 2017, 18:30
Qəbələ sakini intihar edib.

Bu barədə "Report”a Qəbələ Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, rayonun Mirzəbəyli kənd sakini 1981-ci il təvəllüdlü Gülər Ağayeva özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı rayon prokuroroluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.
 
Demokratik.Az
Oxşar xəbərlər