Xəbər lenti
Bütün xəbərlər

Xırdalanda yanğın: 20 sakin təxliyə olundu

  • 23 dek 2016, 12:20
Xırdalanda çoxmənzilli yaşayış binasında yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 7-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri yanıb.

Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar xəbərlər