"Əli Abbasov bir qəpik də pul ödəməyib"

  • 16 noy 2016, 18:14

"Əli Abbasov məlum cinayət işinə şahid qismində cəlb edilib. Əli Abbasov təqsirləndirilən şəxs deyil. Ondan hansısa ziyana görə necə pul tutula bilər?! Sabiq nazirdən bir qəpik də ziyan tutulmayıb”.

 

Bunu Lent.az-a açıqlamasında sabiq rabitə və yüksək texnologiya naziri Əli Abbasovun vəkili Kamandar Nəsibov deyib. Vəkil nazirliyin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun bu gün baş tutan məhkəməsində vəkillər tərəfindən səsləndirilən ittihamlara cavab verib.

 

K.Nəsibov bildirib ki, V.Zeynalovun vəkilinin Əli Abbasovdan 6,8 milyon manat məbləğində ziyan tutulduğu barədə rəqəmləri hardan əldə etdiyini anlamır, lakin belə bir hal mövcud deyil: "Əli Abbasovdan hüquqi baxımdan da ziyan tutulması mümkün deyil. O, cinayət işində şahid kimi keçir. Təqsirləndirilən şəxs olmadığı üçün ziyan vurması və dolayısı ilə dəymiş ziyanı ödəməsi də hüquqi baxımdan mümkün deyil. Əli Abbasovdan heç bir məbləğ tutulmayıb. Bu, Vidadi Zeynalovun vəkillərinin növbəti uydurmasıdır”.

Oxşar xəbərlər