Demokratik TV
Xəbər lenti
“Azərqarant” sığorta bağlandı
- 08 noy 2016, 10:55
Azərbaycanda daha bir sığorta şirkəti bağlandı. Söhbət "Azərqarant” sığorta şirkətindən gedir.
Bu barədə Fins.az-a açıqlamasında sığorta şirkətinin idarə heyətinin sədri Rəşad Məmmədov bildirib.
Onun sözlərinə görə, yeganə səhmdar Əliyev Oktay Abbas oğlunun qərarı ilə sığorta şirkəti noyabr ayının 1-dən etibarən fəaliyyətini dayandırıb. Buna səbəb isə sığorta şirkətinin kapital çatışmazlığı ilə üzləşməsi olub.

Maliyyə Bazarlarına Nəzarət Palatası isə bağlanan bankdakı hesabı nəzərə almayaraq sığorta şirkətinin kapitalını artırması ilə bağlı "Azərqarant”a müraciət edib. Çatışmayan kapital 2 milyon manatdan bir qədər artıq olub. Palata kapitalın artırılması üçün sığorta şirkətinə oktyabr ayının sonuna kimi vaxt verib.
Amma bu müddətdə sığorta şirkətində kapital artımı mümkün olmayıb. R.Məmmədov bildirib ki, sığorta şirkətinin bir səhmdarı olduğu üçün kapital artımı mümkün olmayıb və belə olan halda, sığorta şirkətinin fəaliyyətinə xitam verilməsi qərara alınıb.
O əlavə edib ki, noyabr ayının 5-dən etibarən sığorta şirkətində ləğvedici komissiya yaradılıb.
Komissiyanın sədri Rəşad Məmmədov, üzvləri isə baş mühasib Tamella Tağıyeva və təftiş komissiyasının sədri Günel Xəlilovadır. Komissiya öhdəliklərin yerinə yetirilməsinə başlayıb. Hələlik sığorta öhdəliyi ilə bağlı sığorta şirkətlərindən hər hansı müraciət edilməyib.
R.Məmmədov bildirib ki, böyük ehtimalla öhdəlikləri sığorta şirkəti özü yerinə yetirəcək. Amma bunun bağlı hələlik müzakirə aparılır.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti