İmişlidə ər 17 yaşlı arvadını baltaladı

  • 14 okt 2016, 20:57

İmişlidə qətl hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi gecə saat 01.00 radələrində İmişi  rayonunun Gövhərli kəndində baş verib.

 

Həmin kəndin sakini, 26 yaşlı Ağabba Alibaba oğlu Nəsirov   arvadı, 1999-cu il təvəllüdlü Aygün Altay qızı Abdulxalıqovanya balta ilə 3 zərbə vuraraq qətlə yetirib. A.Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb,  araşdırma aparılır.

 

Demokratik.Az

Oxşar xəbərlər