Cahangir Hacıyevə 15 il verildi

  • 14 okt 2016, 14:11
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

C. Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Demokratik.Az

Oxşar xəbərlər