Bir ailənin 4 üzvü zəhərləndi

  • 11 sen 2016, 09:43
Qaxda bir ailənin 4 üzvü zəhərlənib. Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 22 radələrində rayonun Çüdüllü kəndindən bir ailənin biri ağır olmaqla 4 üzvü zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. İlkin araşdırma zamanı məlum olub ki, ailə yemək bişirən zaman xörəyə duz əvəzinə kimyəvi maddə olan və dezinfeksiya üçün istifadə edilən "xlorofos” adlı maddə töküb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstələr həkimlər tərəfindən müayinə olunur və şəxsiyyətləri dəqiqləşdirilir.

***
 Qaxda kimyəvi maddədən zəhərlənənlərin şəxsiyyəti məlum olub. Qax MRX-dan verilən məlumata görə, onlardan üçü bir ailənin üzvü, biri isə Bakı şəhərindən gələn qonaqdır. Zəhərlənən şəxslər Çüdüllü kənd sakinləri - 1972-ci il təvəllüdlü Şərifova Kəmalə Musa qızı, 2002-ci il təvəllüdlü Şərifzadə Eli Mübariz oğlu, 1974-cü il təvəllüdlü Şərifova Şəfəq Cuma qızı və Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Neftalıyeva Gülnar İmran qızıdır.
 
Həkimlərin müdaxiləsindən sonra zəhərlənən şəxslərin hazırda vəziyyətinin orta-stabil olduğu bildirilir.
 
Demokratik.Az
Oxşar xəbərlər