Daşkəsəndə ev yanıb

  • 07 avq 2016, 09:37
Daşkəsən rayonunda 6 otaqlı ev yanıb.

 

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 306 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.

Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Demokratik.Az
Oxşar xəbərlər