“WhatsApp”a görə qan töküldü

  • 29 iyul 2016, 20:21
Qanlı cinayət hadisəsi cümə gününə keçən gecə Bakının Qaradağ rayonunda baş verib. Gənclər dava zamanı bıçağa əl ataraq bir-birinə xəsarət yetiriblər.

Bu barədə Qaradağ rayon Polis İdarəsindən bildiriblər.

İlkin istintaq zamanı müəyyən edilib ki, saat 02:12 radələrində Müşfiqabadda, 4D ünvanı qarşısında 1988-ci il təvəllüdlü Bağırov Vüqar Nazim oğlu və onun yaşıdı, elə həmin binada yaşayan Mirzəyev Ramil Ramiz oğlu görüşüblər.

Görüşü Ramil Mirzəyev təyin edib. O, Vüqara üç ay bundan əvvəl qohumu olan qızla "WhatsApp Messenger” vasitəsilə yazışdıqlarını xatırladıb.

Bağırov dindirilmədə Mirzəyevin görüş zamanı sərxoş olduğunu bildirib. Vəziyyəti ağırlaşdırmamaq üçün Bağırov qonşusuna əgər onun qohumu olan xanımın xətrinə dəyibsə, üzr istədiyini və bunun bir daha təkrarlanmayacağını bildirib. Amma Mirzəyev sakitləşməyib və Bağırovla davaya girişib. Bundan sonra sonuncu bıçağa əl ataraq Mirzəyevi yaralayıb. Amma Mirzəyev bıçağı onun əlindən alaraq rəqibinin qarın nahiyəsinə zərbələr endirib.

Bağırov kliniki tibb mərkəzə gətirilib, pasientin vəziyyəti həkimlər orta ağır qiymətləndiriblər.

Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 126 maddəsi (ağır bədən xəsarətlərinin yetirilməsi) üzrə cinayət işi açılıb. Qaradağ RPİ qeyd ediblər ki, Mirzəyevin özünümüdafiə sərhədini aşdığı üzə çıxarılarsa, maddə təsnifləşdiriləcək.

Qeyd edək ki, cinayət iştirakçıları evli deyillər və heç bir yerdə işləmirlər.

Sputnik
Oxşar xəbərlər