Demokratik TV
Xəbər lenti
Jurnalist İlqar Qulusoy dünyasını dəyişdi
- 10 iyul 2016, 15:10
Lider TV-nin tanınmış əməkdaşı İlqar Qulusoy dünən gecə saatlarında dünyasını dəyişib.
Belə ki, o, dostları ilə "Azərbaycan” nəşriyyatının həyətindəki meydançada futbol oynayarkən qəfil başını tutaraq yıxılıb. Dostları nə baş verdiyini anlayana qədər isə, o, dünyasını dəyişib.
İlkin ehtimala görə, İlqar Qulusoy ürəktutmasından vəfat edib.
Həmkarlarımızdan aldığımız məlumata görə, hadisə yerinə çağırılan təcli yardımın həkimləri onun nəşini ekspertizaya aparıblar…
Onu da qeyd edək ki, İlqar Qulusoy ailəli idi. Onun 36 yaşı vardı…
Demokratik.Az tanınmış jurnalistin vəfatına kədərlənir , mərhumun ailəsinə Allahdan səbr diləyir.Allah rəhmət eləsin!!!
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti