Bakıda 22 yaşlı qız mağazada öldürüldü

  • 04 iyul 2016, 10:32
Bakıda qətl törədilib.

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən mağazalardan birində qeydə alınıb.

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Vidadi Əziz oğlu Qarayev tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının bıçaqlayaraq öldürüb. V. Qarayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Oxşar xəbərlər