Məşhur türk aktyoru öldü

  • 29 iyun 2016, 17:11
Türkiyənin məşhur teatr və serial aktyoru Nezih Tuncay dünyasını dəyişib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun oğlu Semih Tuncay məlumat yayıb.

"Canım atam- Nezih Tuncayı bu gün itirdik. Bu çətin gündə bizə dəstək olan dostlarımıza təşəkkür edirik. Allah kimsəni sevdiyindən ayırmasın”,- deyə S.Tuncay bildirib.

Xatırladaq ki, 71 yaşlı məşhur bir neçə ay əvvəl səhhətində problem yaranmış, xəstəxanaya yerləşdirilmişdi.
Oxşar xəbərlər