Narkoman qadınların rəsmi sayı açıqlandı

  • 23 iyun 2016, 20:38
"Hazırda Azərbaycanda 592 nəfəri qadın olmaqla, 28 555 nəfər narkotik vasitə istifadəçisi kimi qeydiyyatdadır. 2015-ci ildə 2017 nəfər narkotik vasitə istifadəçisi kimi qeydiyyatda alınıb”.

APA xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər Fondu ilə birgə 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar keçirdiyi "Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfransda Səhiyyə Nazirliyi Respublika  Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov söyləyib.


T. Məmmədhəsənov deyib ki, 2015-ci ildə 2833 nəfər narkomaniyadan könüllü müalicə üçün müraciət edib.
 
Demokratik.Az
Oxşar xəbərlər