Bakıda meyit tapıldı

  • 08 may 2016, 11:48
Bakıda 43 yaşlı kişinin meyiti tapılıb. Lent.az-ın məlumatına görə, gecə saatlarında Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Rəhmanov küçəsi bina 9-un qarşısında 1973-cü il təvəllüdlü Məmmədov Aydın Səfərqulu oğlunun meyiti tapılıb. İlkin araşdırma nəticəsində A.Məmmədovun həmin binada yaşadığı məlum olub. 
Meyit üzərində zorakılıq əlaməti aşkarlanmayıb.
Araşdırma aparılır.
 
Demokratik.Az
Oxşar xəbərlər