Bakıda yaşayış binasında yanğın

  • 09 apr 2016, 08:49
Bakıda yanğın hadisəsi qeydə alınıb.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyimiz xəbərə görə, Bakının Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış 15 ədəd elektrik sayğacı və 2-ci mərtəbədə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin döşəməsi 2 kv.m sahədə yanıb.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar xəbərlər