Xəbər lenti
Bütün xəbərlər

Qobustanda 9 yaşlı qız yandı

  • 08 apr 2016, 21:06
Qobustan rayonunda ehtiyatsızlıq 9 yaşlı qıza baha başa gəlib. 

Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə rayonun Şıxzahirli kəndində qeydə alınıb. Həmin kənddə yaşayan 2006-cı il təvəllüdlü Günel Hacıyeva qaz sobasının üzərindən qaynayan çaydanı götürərkən ehtiyatsızlıqdan çaydan onun üzərinə düşüb. Ağır yanıq xəsarətləri alan qız əvvəl yerli rayon xəstəxanasına, oradan isə Respublika Yanıq Mərkəzinə gətirilib. Xəstəxanadan 9 yaşlı qızın vəziyyətinin ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirildiyini bildirdilər.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər