Azərbaycanlı “qanuni oğru” Rusiyadan qovuldu

  • 15 mart 2016, 23:16

Azərbaycanlı "qanuni oğru” Dadaş İbrahimov ("Dadaş Bakinskiy”) Rusiyadan deportasiya edilib.

BAKU.WS-in məlumatına görə, Dadaş Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə bu gecə Domodedovo aeroportundan "Moskva – Bakı” avia reysi ilə Azərbaycana göndərilib. 42 yaşlı "qanuni oğru” Krasnoyarsk koloniyasında həbs müddətinin bitməsindən dərhal sonra vətənə göndərilib.

Xatırladaq ki, Dadaş İbrahimov Rusiyada məhkumluq həyatını ilk dəfə olaraq üzərində heroin saxlamaq maddəsi ilə 2012-ci ildə yaşamağa başlayıb. 2015-ci ildə o, həbsxana əməkdaşına bahalı saatını rüşvət kimi verərək kamerada mobil telefonu ilə danışmasına icazə verilməsini istəyib.

Həminki ilin yanvarında D.İbrahimovun sonrakı taleyiylə ilə bağlı qərar qəbul edilib və onun ölkədə olmasını arzu edilməz hesab olunub. Rusiyanın Ədliyyə Nazirliyinin göstərişindən sonra 2021-ci ilə qədər Dadaşın Rusiya sərhədini keçmək hüququndan məhrum edilib.

Oxşar xəbərlər