Xəbər lenti
Bütün xəbərlər

"İlhamə Quliyeva ölməyib, öldürülüb"

  • 25 fev 2016, 20:17
Bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın evinə heç kim buraxılmır. Müğənninin Qutqaşınlı küçəsində yerləşən mənzilinin qarşısında olanlar xəbər verib ki, bu gün bina polis tərəfindən ciddi mühafizə olunub.Xalq artistinin evinin önündə böyük izdiham olub. Polis binanın qapısının önündə duraraq, gün ərzində heç kimin binaya daxil olmasına icazə verməyib. KİV-in nümayəndələri oraya daxil olmağa can atırbar. Elgiz Əkbər, Firuzə İbadova, Lamiyyə Ələkbərova da xalq artistinin evinə daxil olmağa cəhd ediblər.

Məlumata görə,Elgiz Əkbər də iddia edib ki, "İlhamə Quliyeva ölməyib, öldürülüb".

Əldə etdiyimiz məlumata görə, xalq artistinin cəsədi ekspertizaya aparılacaq.
 
Demokratik.Az
Oxşar xəbərlər