Tanınmış kinorejissorun oğlu itkin düşüb - BAKIDA (FOTO)

  • 27 yan 2016, 21:20

Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyev 3 gündür itkin düşüb.

 Bu barədə "Report"a rejissorun qızı Səadət Əliyeva məlumat verib.

 Onun sözlərinə görə, qardaşı Rəşad Əliyev yanvarın 25-i səhər saat 08.35-də işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb: "Qardaşımın işlədiyi yerdən verilən məlumata görə o heç işdə də olmayıb. Qardaşımı tapan, yaxud yerini deyən şəxs mükafatlandırılacaq".

 Rəşad Əliyev 1973-cü il dekabrın 13-də anadan olub. Evdən çıxanda əynində qara dəri gödəkçə, başında tünd-boz yun kepka, əynində boz boğazlı qalın köynək, tünd-göy rəngdə göy cins şalvar, gözündə optik eynək olub. R.Əliyev orta çəkilidir, boyu 175 sm-dir.

 R.Əliyevi görənlər, yaxud onun yerini bilən şəxslərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur.

 

(050) 263-36-22

(077) 540-62-82.

Oxşar xəbərlər