Xəbər lenti
Bütün xəbərlər

İki uşaq anası itkin düşüb-Gəncədə

  • 22 yan 2016, 20:23

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-lərə verilən məlumata görə, 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, 2 azyaşlı uşaq anası, şəhərin N.Tusi küçəsində yaşayan Əliyeva Mətanət Təvəkkül qızı ötən il dekabrın 28-də evdən gedib və bir daha geri qayıtmayıb.

İtkin düşmüş qadının boyu 1 metr 70 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır. Evdən gedərkən əynində qırımızı gödəkcə, göy rəngli cins şalvar və kofta, başında mavi rəngli hicab, ayağında qara ayaqqabı olub.

Mətanət Əliyevanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (050) 891-88-88 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Demokratik.Az

Oxşar xəbərlər