Zibillikdə xeyli silah-sursat tapıldı-Bakıda

  • 19 yan 2016, 19:24

Bakıda zibillikdən silah-sursat aşkar tapılıb.

"Təmiz Şəhər" ASC-nin Mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif silah-sursat hissələri tapılıb.  

Yanvarın 19-da "Təmiz Şəhər” ASC-in əməkdaşları həmin tapıntıları polisə təhvil verib. Aşkar olunan təhlükəli əşyalar bunlar olub:  

1 ədəd baraban tipli tapança 

1 ədəd avtomat darağı 

1 ədəd süngü bıçaq

1 ədəd 12.7 çaplı patron 

2 ədəd 7.62 çaplı patron 

24 ədəd 5.45 çaplı patron. 

Paytaxtdan yığılan məişət tullantıları hər gün çeşidlənmə zavoduna təhvil verilir. 

Burada həmin tullantılar tərkibindəki təkrar emala yararlı materialların ayrılması üçün çeşidlənir və yenidən emal zavodlarına göndərilir. 

İş prosesi zamanı bəzən tullantılar arasından adi tullantı olmayan əşyalar da tapılır. Təhlükəli əşyalar aşkar edildikdə zavoda polis dəvət olunur və təhvil verilir.
Oxşar xəbərlər