Azərbaycanlı müğənni avtomobil qəzasında öldü

  • 15 yan 2016, 19:21
Yol qəzası daha bir nəfərin həyatına son qoyub.

Demokratik.Az-ın ölkə.az-a istinadən məlumatına görə, bu dəfə gənc müğənni Amid Cəfərov avtomobil qəzasında dünyasını dəyişib.

Hadisə dünən Yaşma yolu adlanan ərazidə baş verib. Sənətçi şəxsi avtomobili ilə qəzaya düşərək həyatını itirib. Hadisə baş verən zaman 31 yaşlı sənətçi avtomobilində tək olub.

O, Sumqayıtın ən tanınmış sənətçilərindən hesab edilirdi. Mərhum müğənninin bir oğlu var.

 

Demokratik.Az