Bakıda daş karxanasına maskalı basqın

  • 06 yan 2016, 20:09

Bakıda quldurluq hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsidə yerləşən daş karxanasında baş verib. Gecə saatlarında karxanaya basqın edən 3 nəfər maskalı şəxs bıçaq və iri taxta parçaları ilə növbə rəisi Ağayev İlham Zəka oğluna hədə-qorxu gəliblər və karxanadakı 700 manat pulu götürərək uzaqlaşıblar.

Qeyd edək ki, daş karxanasını istismar edən MMC İ.Ağayevin qardaşına məxsusdur.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər