Göygöldə 29 yaşlı gənci maşın vurub öldürdü

  • 30 noy 2015, 19:32

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Gəncə-Göygöl avtomobil yolunda qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Zaur Nəbiyev idarə etdiyi "VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Göygöl rayon sakini, 1986-cı il təvəllüdlü Mobil Mansurovu vurub. Ağır bədən xəsarəti alan Mobil Mansurov hadisə yerində ölüb.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.Demokratik.Az