Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

Gəncədə məsciddə xüsusi əməliyyat: 26 nəfər saxlanıldı, Daxili Qoşunlar məscidi mühasirəyə aldı

Bu gün günorta saatlarında Gəncədəki Şah Abbas məscidində dindarların kütləvi saxlanılması ilə müşaiyət olunan əməliyyat keçirilib.

Şəhər sakinlərindən virtualaz.org saytına daxil olan xəbərlərə görə, polis və xüsusi təyinatlılar məscidə basqın edərək cümə namazını qadağan ediblər. Bir qrup dindar saxlanılıb. Onlardan bir neçəsi daha sonra buraxılıb.

Buraxılan dindarların bildirdiyinə görə, onlara deyiblər ki, məsciddə namazı Şeyxülislam Allahşükür Paşazadə qadağan edib.

Gəncə şəhər Baş Polis İdarəsindən isə APA-ya bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb.

Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.Gəncədə məsciddə xüsusi əməliyyat: 26 nəfər saxlanıldı, Daxili Qoşunlar məscidi mühasirəyə aldı
Gəncədə məsciddə xüsusi əməliyyat: 26 nəfər saxlanıldı, Daxili Qoşunlar məscidi mühasirəyə aldı

Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.